Cəlilabadda köməkçi tikili yanıb

15:36 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Həziabad kəndində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 175 m² sahədə yanıb.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.